İsmayıllıda ahıl kişini avtomobil vurub

İsmayıllı rayonunda 77 yaşlı kişini avtomobil vurub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “NİVA” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən İsmayıllı rayon sakini, 1942-ci il təvəllüdlü Abbas Xasay oğlu Bayramovu vurub. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *