İki qardaş Kürdə boğuldu

Salyanda qardaşlar Kür çayında boğulub.

Hadisə rayonun Aşağı Noxudlu kəndi ərazisində baş verib.

Kənd sakinləri, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlu sərinləmək üçün kəndin ərazisindən keçən Kür çayında həmyaşıdları ilə birgə çimərkən boğulublar.

Məlumat daxil olarkən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda qardaşların axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *