Badamdarda maşınla vurulan piyada ölüb

İyunun 20-də saat 20 radələrində Səbail rayonu Badamdar şossesində Bakı şəhər sakini V.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Qəşəm Hüseynovu vurub.

DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.//ölkə.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *