Bakıda 55 min manatlıq gəlin paltarları oğurlandı

Bakıda gəlin paltarlarının satıldığı mağazadan oğurluq edilib.

Median.Az-ın APA -ya istinadən xəbərinə görə, Nəsimi rayonunda iş adamı Azər Mustafayeva məxsus mağazadan 55 min manatlıq gəlin paltarı və aksessuarları oğurlanıb.

Hadisəni törədən şəxslər – 36 yaşlı Araz Hüseynov, 26 yaşlı Əli Qarayev və qardaşı 28 yaşlı Fərhad Qarayev polislər tərəfindən saxlanılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *