Azərbaycanda “çətənə ovu” davam edir

Ağstafa rayonunda “Xaş-xaş 2019” adlı kompleks əməliyyat və profilaktik tədbirlər planı çərçivəsində yabanı halda bitən çətənə kolları aşkar edilib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının iştirakı ilə baxış zamanı Həzi Aslanov qəsəbəsində yabanı halda çətənə kollarının bitdiyi məlum olub.

Polis əməkdaşları 3 hektar ərazidə 15,5 min ədəd çətənə kolu aşkar ediblər. Çətənə kolları 4 müxtəlif ərazidə yandırılaraq məhv edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *