“Mitsubishi” körpüdən aşdı: Bir ailənin 4 üzvü yaralandı – YENİLƏNİB

Astarada avtomobilin körpüdən aşması nəticəsində yaralanan ailə üzvlərinin adları məlum olub.

Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, xəsarət alanlar sürücü, 37 yaşlı Elvin Rahim oğlu Ağamalıyev, sərnişinlər 28 yaşlı Arzu Əlifağa qızı Ağamalıyeva, onların iki azyaşlı övladları – 7 yaşlı Rəsul Elvin oğlu Ağamalıyev və 4 yaşlı Nərgiz Elvin qızı Ağamalıyevadır.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Uşaqlardan birinin və anasının vəziyyəti daha ağır olduğu üçün onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Astarada avtomobil körpüdən aşıb.

Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara maqistral yolunun Şahağacı kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi” markalı avtomobilin körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *