Xaçmazda həmyerlisini öldürən şəxs 10 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Nazim Həsənovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, bu il yanvarın 16-ı gecə saat 1 radələrində Müşkür kəndi ərazisindəki kafenin qarşısında kənd sakini, 27 yaşlı Tamerllan Həmidovun bıçaqla qəsdən öldürülməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olub. Araşdırma zamanı, onun üç övlad atası olması məlum olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Mürşüd-oba kənd sakini Nazim Həsənov saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *