İtkin düşmüş 9 yaşlı qız tapılıb – FOTO – YENİLƏNİB

Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.

APA xəbər verir ki, 9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsininəməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.

Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.

***

Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.

İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub.

Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya (055) 859-12-82 nömrəsinə məlumat vermələri xahiş olunur. (APA)

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *