Bərdə sakinini ilan sancıb

Bərdədə 34 yaşlı kişini ilan sancıb.

Hadisə dünən axşam saatlarında, rayonun Xəsilli kəndində baş verib. Kənd sakini, 1985-cı il təvəllüdlü Anar Camal oğlu Abdullayev həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən sağ əlindən ilan sancıb.

A.Abdullayev yaxınlarının köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *