Gəncə çayına düşən azyaşlının meyiti tapıldı

Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *