Sabirabad və Qusarda çətənə yetişdirən şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavad kənd sakini A.Cabbarov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Qusar RPŞ-nin əməkdaşları əməliyyat tədbiri nəticəsində Ləyər-qışlaq kəndi ərazisində, kənd sakini C.Səidov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *