Avtomobillərdən oğurluq edən Gəncə sakini saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları tərəfindən iyunun 10-da vətəndaş S.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən pul oğurlayan Gəncə şəhər sakini R.Bağırov saxlanılıb.

Araşdırma zamanı, onun daha 3 avtomobildən maqnitofon və akkumulyator oğurlaması müəyyən edilib.

Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *