Minskdə atəşfəşanlıq zamanı faciə: bir nəfər öldü, üç nəfər yaralandı – VİDEO

Minskdə Müstəqillik Gününə həsr olunmuş atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu haqda Belarusun Müdafiə nazirliyindən bildiriblər.

Məlumata görə, atəşfəşanlıq zamanı fövqəladə hadisə baş verib: mərmilərdən biri qəfil partlayıb, qəlpələri ətrafdakılara zərər yetirib.

Nazirlikdən bildiriblər ki, atəşfəşanlıqda istifadə olunan mərmi tipləri əvvələr də işlədilib.

Belarusun İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *