Qaradağ sakini qohumları tərəfindən döyülərək xəsarət alıb

Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində döyülmə hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, 1967-ci il təvəllüdlü Bəylərov Qurban Ağadadaş oğlu öz evində qohumları tərəfindən döyülüb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *