Tunis sahilləri yaxınlığında miqrant gəmisi batıb: 80 nəfər itkin düşüb

Tunis sahilləri yaxınlığında miqrantlarla dolu gəmi batıb.

“Alarm Phone” humanitar təşkilatı gəmidə 80-dən çox adamın olduğunu bildirir.

Məlumata görə, hadisə Tunisin Zarzis şəhəri yaxınlığında Aralıq dənizinin sularında baş verib.

Miqrantlardan 4-ü balıqçılar tərəfindən xilas edilib. Lakin onlardan biri tezliklə ölüb. Daha 80 nəfər itkin düşmüş hesab edilir.

Ehtimala görə, gəmidə liviyalı qaçqınlar olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *