Britaniyada yük maşınını kütlənin üzərinə sürdü: yaralılar var, 2-si uşaqdır

Böyük Britaniyanın Derbi şəhərində sürücü yük maşınını insan kütləsinin üzərinə sürüb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin vaxt insanlar pulsuz yeməyin paylanılmasını gözləyiblər.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin uşaq olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Sükan arxasında olan 37 yaşlı şəxs saxlanılıb.

İlkin ehtimala görə, o, bu addımı qəsdən törədib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *