Xırdalanda “Opel” qaçıran şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini Ə.Məcidov iyunun 14-də şəhər ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Masazır qəsəbəsi ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçıran Xırdalan şəhər sakinləri Ü.Zeynalov və S.Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *