Biləcəridə vətəndaşa qarşı quldurluq edən şəxs saxlanılıb


Median.Az
xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov, iyunun 23-ü saat 4 radələrində Biləcəri qəsəbəsində naməlum şəxsin onu bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini E.Zayidov saxlanılıb.

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *