Maşın vuran gənc öldü

Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində qeydə alınıb. Əliməmmədoba kəndi sakini, 2001-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *