Sumqayıtda binanın damından qumbara və partlayıcı tapıldı

İyulun 6-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 10 saylı yaşayış binasının dam örtüyündə təmir işləri aparılarkən 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Lent.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları birlikdə adıçəkilən əraziyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini polis mühasirəyə alıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *