Abşeronda avtomobil 51 yaşlı qadını vurub

Abşeron rayonu, Mehdi Hüseyn küçəsi 1 ünvanında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Osmanova Sona Allahverdi qızı yolu yolu keçərkən onu avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *