Ağcabədi rayonunda narkotik alverçisi tutulub

Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kq. marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilib.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *