Bakıda DƏHŞƏT – KamAZ qadının üstündən keçdi – FOTO

Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər.

Verilən məlumata görə, qəza Biləcəri qəsəbəsinin girişində, “Sarı market”in qarşısında baş verib.

Belə ki, KamAZ markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *