Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, iyulun 4-də Nizami RPİ 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Talıbov, ötən il noyabrın 23-də Q.Qarayev prospektində naməlum şəxsin onu bıçaqla hədələyib 340 manat dəyərində gümüş qolbağısını aldığını bildirib.

Nİzami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini O.Cəfərli saxlanılıb.

Nizami RPİ İstintaq şöbəsinə CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *