Moldova vətəndaşı Şəkidə dostunun evində ölüb

46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.

On gün əvvəl ailəsi ilə birlikdə Şəkidə qalan dostunun evinə qonaq gələn Nikolay Şerbanın səhhəti qəfildən pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım stansiyasının həkimləri çağırılsa da, N.Şerbanın öldüyü müəyyən olunub.

İlkin müayinə nəticəsində Moldova vətəndaşının ürək tutmasından öldüyü məlum olub.

Fakt bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *