Müsavatçı xanımın övladı dənizdə itkin düşdü

Tanınmış Müsavatçı xanımın oğlu itkin düşüb.

Partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib.

Bu haqda məlumatı partiyanın funksioneri Mustafa Hacıbəyli verib.

Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır.

Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur.

Hazırda onun axtarışları davam etdirilir.

İlham Məmmədli evlidir, 2 uşağı var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *