“Dələduz həkim”in məhkəməsi başlayıb

Mingəçevir şəhər Məhkəməsində şəhər Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az-ın APA -ya istinadən məlumatına görə, hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, T.Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, T.Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *