Cəlilabadda mal-qara oğruları saxlanılıb – FOTO

Cəlilabad rayonunda mal-qara oğruları saxlanılıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, saxlanılan şəxslər rayonun Sabirabad kəndində Valeh Babayevə məxsus 8 baş camışı oğurlayıblar.

Rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini İsaxan Sadiqov və Cəlilabad rayon sakinləri – Taleh Fərzəliyev və Səbuhi Abbasov saxlanılıb.

Məlumata görə, onlar oğurladıqları heyvanları Mahmudçalada yerləşən fermaya toplayıb, sonra Bakıdakı ət kombinatlarına göndərirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *