İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişli rayonunda 54 yaşlı kişini avtomobil vurub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Şahverdili kənd sakini Musayev Elnur Səxavət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 1965-ci il təvəllüdlü Əmrahov Ələmdar Əzim oğlunu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *