Çində dəhşətli partlayış olub, səbəb bilinmir – VİDEO

Çinin Henan vilayətində yerləşən qaz emalı zavodunda partlayış baş verib.

Median.Az xəbər verir ki, insident yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 13:50-də) baş verib.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Partlayışın güclü olduğu bildirilir. Belə ki, hadisə yerindən 3 kilometr aralıda yerləşən binaların şüşələri sınıb, hətta bəzi evlərdə otaqarası qapılar yerindən çıxıb.

Hadisə yerinə yanğınsöndürənlər və həkimlər göndərilib.//Sputnik.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *