Tovuzda toya gələn 43 yaşlı kişini avtomobil vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağıryol qəzası olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, şadlıq saraylarının birinə toya qonaq gələn 1976-cı il təvəllüdlü Həsənov Məhəmməd Həsən oğluyolu keçmək istəyərkən “Hyundai”markalı avtomaşın onu vurub. Piyada aldığı ağır xəsarətlər səbəbindənhadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *