Abşeronda evə basqın edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də rayon ərazisindəki evə qanunsuz daxil olub, ev sahibəsinin qızıl sırğasını və 350 manat pulunu quldurluq yolu ilə alan Ş.Ramazanov saxlanılıb.

Abşeron RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *