Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Cırdaxan kəndində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil traktorun kotanına çırpılıb. Qəza nəticəsində “VAZ-2107”-in sürücüsü və bir sərinişini xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılıb, digərinə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *