Azərbaycanda silahlı insident – Evinə gələn qonaqları güllələdi

Biləsuvar rayonunda silahlı incident baş verib.

İyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri – bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

publika.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *