Somalidə aeroport yolunda PARTLAYIŞ: 10 ölü

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın aeroporta gedən şose yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobildə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *