Bakıda külək ağacı kökündən qopardı – VİDEO

Bu gün Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağac aşıb.

Hadisənin görüntüləri oxu.az-ın mobil reportyor rubrikasına göndərilib.

Məlumata görə, hadisəyə səbəb güclü külək olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləklə bağlı məlumat yayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *