Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı

Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan daha bir qızıl medal qazanıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, sərbəst güləşdə Cəbrayıl Hacıyev (-65 kq) finalda rusiyalı Batırbəy Tskovrebova əzmkarlığı hesabına qalib gəlib.

İdmançımız 6:5 hesablı qələbə qazanaraq Azərbaycana səkkizinci medalı qazandırıb.

Qeyd edək ki, bununla da güləş yarışlarına yekun vurulub. Azərbaycan güləşdə 18 idmançı ilə təmsil olunub və bunlardan 16-sı medal qazanıb.

Hazırda Azərbaycanın səkkiz “qızıl”ı, beş “gümüş”ü və üç bürünc medalı var.

Komandamız medal sıralamasında aşkar fərqlə liderdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *