Şəmkirdə külli miqdarda pul oğurlayan 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən iyulun 8-nə keçən gecə Kür qəsəbəsindəki evdən 1250 manat və qızıl-zinət əşyaları oğurlayan qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Bağırov saxlanılıb.

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də rayon sakini V.Qələndərova məxsus 5500 manat pulu cibindən oğurlayan şəhər sakinləri A.Musayeva və A.Abbasov saxlanılıblar.Ş

Şəmkir RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *