Binədə “VAZ 2107” avtomobilini qaçıran şəxs saxlanılıb


Median.Az
xəbər verir ki, iyulun 22-də Binə qəsəbəsi ərazisindən, qəsəbə sakini E.İbadullayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Bununla əlaqədar zərərçəkmiş Suraxanı RPİ 30-cu polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini A.Quliyev avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *