Hövsanda avtomobillə vurulan qadın yerindəcə ölüb

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, iyulun 24-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Adilə Məlikrzayevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *