Oğuzda iki maşın toqquşub, xəsarət alan var

Oğuzda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan 90-FB-426 dövlət qeydiyyat nişanlı “Ford Tranzit” markalı avtomobil etni istiqamətdə hərəkət edən “Shagman” markalı yük avtomobilinə çırpılıb.

“Ford”un sürücüsü ağır xəsarətlarlə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *