Bacısını bıçaqlayan Suraxanı sakini saxlanılıb

Median.Az xəbər verir ki, iyulun 24-də Yeni Suraxanı qəsəbəsi ərazisində, qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Ağır yaralanan zərərçəkimş 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, onun həyatı həkimlər tərəfindən xilas edilib.

Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *