Çoban atdan yıxılıb öldü

İmişlidə 60 yaşlı çoban atdan yıxılaraq ölüb.

Hadisə bu gün axşam saatlarında İmişlidəki yataqların birində olub.

Yataqda çoban işləyən Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Əliyev Loğman Nəsib oğlu atdan yıxılaraq ağır xəsarətlər alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *