Bakıda vağzalda uşaq itdi

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

Median.Az Report-a istinadən xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib. Amma hələlik uşağı tapmaq mümkün olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *