Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər: 4 yaralı var

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər.

Median.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.

Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *