Bakıda qızıl oğurlayan qadınlardan birində narkotik tapıldı

Bakıda oğurluq etməkdə şübhəli bilinən qadınların birindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılıblar.

R.Güldən 0,152 qr heroin götürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *