Mənzildə 61 yaşlı kişinin meyiti tapıldı

Suraxanı rayonunda mənzildən meyit aşkarlanıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Abdullayev Qərib Mövlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *