İmişlidə ferma yanıb – VİDEO

İmişli rayonunda ferma yanıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.

Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *