Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb

Ağcabədi rayonunda yolu keçmək istəyən qadını yük avtomobili vuraraq öldürüb.

Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Taxtakörpü qəsəbəsində qeydə alınıb.

Laçın rayonundan olan məcburi köçkün Səltənət Əsədova yolu keçmək istəyərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *