Qazaxıstan Azərbaycana buğda ixracını artırmaq istəyir – Səfir

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb.

Median.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub: “4 il 4 aydır ki, Azərbaycanda işləyirəm. Fəaliyyətim dövründə iki ölkə arasında münasibətlərin daha da yüksələn xəttlə inkişafına çalışmışam”.

Diplomat daha sonra Azərbaycana Qazaxıstan buğdasının ixracı ilə bağlı məsələyə də toxunub:

“Biz tədriclə Qazaxıstan buğdasının Azərbaycana tədarükünü bərpa edirik. Bir vaxtlar biz Azərbaycana təxminən milyon ton buğda ixrac edirdik. Yenidən bu göstəriciyə nail olmağa çalışacağıq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *